суббота, 5 ноября 2011 г.

СРЗНАЧ


Qohum funksiyalar: 

Sintaksis:
  СРЗНАЧ (число1; число2;...)
Nəticə:
     Arqumentlər siyahısında verilmiş qiymətlərin hesabi    
     orta qiymətini hesablayır.

Arqumentlər:
     число1, число2,,..; hesabi orta qiyməti hesablanacaq   
     1-dən 255-ə qədər  arqumentlər.
Qeydlər:
  • arqumentlər ədədlər və ya adlar, ədədlrdən ibarət    massivlər və ya istinadlar ola bilər
  • əgər massiv və ya istinad olan arqument özündə mətn,  məntiqi qiymət və ya boş xanaları ehtiva edirsə, belə 
  • qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətin ehtiva edən xanalar nəzərə alınır;
  • xanaların orta qiymətərini hesablayarkən boş xanalarla sıfır qiymətini ehtiva edən xanalar arasında fərqin olduğunu nəzərə almaq lazımdır (xüsusilə, EXCEL-in Сервис menyusunda Параметры dialoq pəncərəsinin Вид tab-vərəqində Нулевые Значения parametri aktivləşdiriməyibsə). Boş xanalar nəzərə alınmır, sıfırı özündə saxlayan xanalar nəzərə alınır. 
Riyazi-statistik interpretasiya:
    Orta hesabi qiymət orta qiymətlərin ən çox yayılmış növüdür. Verilənlərin xarakterindən asılı olaraq hesabi orta çəkisiz(sadə)çəkili ola bilər. СРЗНАЧ funksiyası çəkisiz hesabi ortanı aşağıdakı düsturla hesablayır:

 


Misal

Tələbələr tərəfindən imtahanda alınmış aşağıdakı qiymətlər qeydə alınmışdır: 3; 4; 4; 5; 3; 3; 5; 3; 5; –; 4. Tələbələrin orta balını hesablamalı.

      Həlli



İndi də bu misalı СРЗНАЧ funksiyasının vasitəsilə həll edək.

1.    İlkin verilənlər cədvəlini tərtib edək (J1 oyuğuna ədəd əvəzinə defis daxil edilmişdir):

A
B
C
D
E
F
G
H
I
J
K
3
4
4
5
3
3
5
3
5
4

2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$3);
3.    Düsturlar sətrindən Мастер функций əmrini yerinə yetirək.
4.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СРЗНАЧ funksiyasını seçək. Bu zaman СРЗНАЧ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
5.    Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:K1) mausla seçək.
OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 3,9 qiyməti əmələ gələcəkdir (СРЗНАЧ funksiyası J1 xanasında yerləşən defis işarəsini nəzərə almır).